Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şəhidlik Allahın seçilmişlərə hədiyyəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Müqəddəs Müdafiə Həftəsi münasibətilə müraciət ünvanladı. Bu gün (cümə axşamı) ölkənin dörd bir yanında şəhid məzarlarının təmizlənib ətirlənərək tər çiçəklərə qərq edildiyi bir gündə Vəliyyi-fəqihin Şəhid və Veteranlar Fondundakı nümayəndəsi Höccətül-İslam vəl-muslimin Şəhidi Məhəllati tərəfindən Tehranın “Behişti-Zəhra” şəhid məzarlığında oxunmuş müraciətin tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Səhidlik Allahın seçilmişlərə hədiyyəsidir. Bu uca məqamın əzəməti şəhidi mübarizə meydanına çəkərək şəhidlik şərbətini ona içirdən ixlaslı fədakarlığın əzəmətinə uyğundur. Mənim kimilərin qələmi və dili bu əzəməti vəsf etməyə acizdir. Ancaq hər hansı cəmiyyətdə və məkanda bu cür böyük insanlar olarsa, onların işığında yolu təyin etmək, Allah dərgahında yüksəlişə aparan düz yolda addımlamaq, qəlbimizə və canımıza həyat bəxş etmək bizim kimi insanların vəzifəsidir.

Salam olsun şəhidlər sərvərinə, bütün nəsillər və dövrlərin işıqlı çırağına! Salam olsun onun yolunda addımlayan bütün şəhidlərə!

Seyyid Əli Xamenei
28 sentyabr 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /