Ali Məqamlı Rəhbər informasiya bloku

Ali Məqamlı Rəhbər:

Şura inqilabçı düşünüb əməl etməli və inqilabçı qalmalıdır

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın yeni çağırışına təyin olunmuş sədr və üzvlərlə bu gün (çərşənbə günü) səhər baş tutan görüşündə şuranın dahi İmamın qiymətli təşəbbüslərindən olduğunu dedi və bu qurumun üç mühüm vəzifəsinə - mənafeyin müəyyənləşdirilməsi, ümumi siyasətlərin təyin edilməsi məsələsində məsləhətləşmə və ölkənin problemlərinin həlli yollarını təklif emək vəzifələrinə işarə edərək vurğuladı: “Şura yüz faiz inqilabçı düşünüb əməl etməli və inqilabçı qalmalıdır”.

Həzrət Ayətullah Xamenei mənafeyin müəyyənləşdirilməsi və həyata keçirilməsi istiqamətində şuranın çox incə və mühüm vəzifə daşıdığını vurğulayaraq əlavə etdi: “Şura mühüm bir məsləhət olduğu məqamlarda və İslam Şurası Məclisinin rəyini Keşikçi Şuranın qərarından üstün tutduqda diqqətli olmalıdır. Alternativ məsləhət təbii ki, çox mühüm, qətiyyətli və aydın olmalı, eyni zamanda şuranın qətiyyətli və qəbul edilən çoxluğunun rəyi ilə müəyyən müddətə və müvəqqəti şəkildə həyata keçirilməlidir”.

O əlavə etdi: “Məsləhətin həyata keçirilməsi gündəlik deyil, uzunmüddətli baxışa əsaslanmalı, onun təyini üçün bütün üzvlərin, o cümlədən Keçikçi Şurasının fəqihlərinin aktiv iştirakı ilə dəqiq, tam və arqumentli müzakirələri əsasında həyata keçirilməlidir ”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, şuranın ikinci, yəni dövlətin ümumi siyasətlərinin təyin edilməsində rəhbərliyə məsləhət vəzifəsinin reallaşması üçün dəqiq və hərtərəfli araşdırmalara ehtiyac var: “Ümumi siyasətlər dövlətin müxtəlif məsələlərdəki mövqeyini təyin edir və çox mühümdür”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, qalıcı və uzunmüddətli məsələlərdə ümumi siyasətlərin dövri mövzulardan ayrılması zəruridir: “Ümumi siyasətlərin bəzisinin təkrar baxışa və yenilənməyə ehtiyacı ola, bəzisi isə tamamilə köhnələ bilər”.

O, şuraya ümumi siyasətlərin işlənib hazırlanmasında qətiyyətli və möhkəm olmağı, habelə elmi, əsaslandırılmış, dəqiq və müctəhidcəsinə müzakirələri tövsiyə etdi: “Elə davranın ki, ümumi siyasətlər qısa müddətdən sonra islahat və təkrar baxışa ehtiyac duymayacaq qədər güclü və dəqiq olsun, aydın və faydalı ifadələrlə yazılsın”.

Həzrət Ayətullah Xameneinin dövlətin ümumi siyasətləri kontekstində xüsusilə vurğuladığı məsələlərdən biri aydınlıq, yozulmamaq, icra keyfiyyətinə müdaxilədən çəkinmə ilə bağlı oldu.

O, dövlətin ümumi siyasətlərinin hökumət, məclis, digər rəsmi orqan və qurumların qanunları, siyasətləri və fəaliyyətlərində təcəssüm etməsinin çox mühüm olduğunu dedi: “Ümumi siyasətlər ölkənin bütün qanunverici və icra fəaliyyətlərinin hüdudlarını müəyyən edir; hökumət, məclis və bütün qurumlar bu siyasətlərə tam uyğun davranmalıdır”.

Həzrət Ayətullah Xamenei çıxışının sonunda dedi: “Dövlətin Mənafeyini Müəyyənləşdirən Şura dahi İmamı xatırladır və inqilabın məhsuludur, ölkənin idarə edilməsi prosesində çox mühüm təsirə malikdir. Buna görə də İnqilab və İmamın fikirləri ona tam hakim olmalıdır, inqilabçı düşünüb əməl etməlidir, onda inqilabın əsas prinsipləri və İmamın qiymətli mirasına zidd olan heç bir qərar, mövqe və ya addım müşahidə edilməməlidir”.

İslam İnqilabının Rəhbəri Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Şahrudinin şəxsi keyfiyyətlərinin müxtəlif yönlərini yüksək qiymətləndirərək şuranın fəal üzvlərinə çəkdikləri zəhmətlərə görə təşəkkür etdi və bu qurumun yeni üzvlərinin iştirakını yeni qan, artan güc və daha çox ümidvericiliyə səbəb olduğunu dedi.

O, habelə əvvəlki çağırışın görkəmli və mərhum simalarının, xüsusilə cənab Haşimi Rəfsəncani, cənab Vaiztəbəsi, Əsgər Övladi və Həbibinin xatirəsini əziz tutaraq dedi: “Cənab Haşimi Rəfsəncani uzun illər şuranın rəhbəri vəzifəsində qüdrət, tədbir və ayıqlıqla öz vəzifələrinə əməl etmişdir”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Dövlətin Mənafeyini Müəyyənləşdirən Şuranın sədri Ayətullah Haşimi Şahrudi dedi: “Dövlət Mənafeyini Müəyyənləşdirən Şura mərhum İmamın əhatəli baxışı və bəsirəti sayəsində formalaşmış. Bu şura müxəlif dövrlərdə dövlətə xidmət, ölkə problemlərinin həlli və irimiqyaslı siyasətlərin işlənib hazırlanmasında mühüm rol ifa etmişdir”.

Ayətullah Haşimi Şahrudi qeyd etdi ki, şura ümumi siyasətlərin təyinində rəhbərliyin qoludur. Mühüm vəzifələrin dəqiq icrasında şuranın bütün qüvvələr və qurumların əməkdaşlığına ehtiyacı var.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /