Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Problemlərin müalicə resepti bacarıqlı insanlardan istifadədir

Bu gün (bazar günü) Xatəmül-Ənbiya (s) adına Hava Hücmundan Müdafiə Qərargahının rəsmiləri və komandanları ilə görüşü zamanı bu qərargahın dövlətin mövcudluğu və şərəfinin müdafiəsinin ön xətti olduğunu deyən Ali Baş Komandan Həzrət Ayətullah Xamenei müxtəlif sahələrin, o cümlədən silahlı qüvvələrin inkişafında işçi qüvvələrinin misilsiz rolundan danışaraq dedi: “Dayanmadan səy və fəaliyyət göstərib çoxsaylı işçi qüvvəsinin istedad və bacarıqlarını çiçəkləndirin, ondan ölkənin ehtiyacları və çatışmazlıqlarının aradan qaldırılmasında istifadə edin”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, təhdidlərə qarşı mübarizənin ön xəttində xidmət göstərmək Hava Hücmunudan Müdafiə Qərargahının qeyrətli, mömin və şərəfli qüvvələri üçün qiymətli fürsətdir: “Hava Hücumundan Müdafiə Qərargahında görülmüş çox yaxşı işlər burada əzmkarlıq, motivasiya, qüdrət və bacarığın olduğunu göstərir”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, savadlı, tədbirli, cəsur və yorulmaz işçi qüvvəsi manelər üzərində qələbənin və həmin maneələri adlamağın əsasını təşkil edir: “Silahlı Qüvvələr, habelə, elm və texnologiya kimi müxtəlif sahələrdə əldə edilmiş çoxsaylı nailiyyətlər ölkənin gənc və motivasiyalı işçi qüvvəsinin qüdrət və bacarığının olmasını göstərir. İranın qüdrətli və bacarıqlı övladları istər ölkə daxilində olsun, istərsə də dünyanın elm və texnologiya mərkəzlərində, fəxr və qürur səbəbidirlər”.

O vurğuladı ki, ölkənin probelmlərinin müalicəvi resepti bu coşqun istedad və bacarıqların işə salınması və aktivləşdirilməsidir. O, Ordu və Keşikçi Korpusun Hücumundan Müdafiə Qərargahındakı işbirliyini, habelə ehtiyaclar və çatışmazlıqların aradan qaldırılmasında bu qərargahın Müdafiə Nazirliyi, universitetlər və elmi mərkəzlərlə olan əməkdaşlıqlarını yüksək qiymətləndirdi: “İş və fəaliyyəti əvəvlkindən daha sürətli templə davam etdirin. Ölkənin özünütəmin istiqaməti ilə bağlı yeni və təşəbbüskar layihələr təqdim etməklə irəli gedin”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /