Ali Məqamlı Rəhbər:

Xalqın məişəti, dünya ilə əlaqə və hegemonlara qarşı müqavimət

Bu gün (cümə axşamı) səhər dövlət məmurları, mülki və hərbi şəxsiyyətlər, xarici ölkələrin səfirlərinin iştirakı ilə İmam Xomeyni (r.ə) adına hüseyniyyədə prezidentlik səlahiyyətlərinin təsdiqi mərasimi keçirildi və İslam İnqilabının Ali Məqamlı Rəhbəri xalqın səsini təsdiqləyərək Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Rspublikasının prezidenti vəzifəsinə təyin etdi.

Bu fərmanda izdihamlı seçki və seçilmiş şəxsin yüksək səs toplamasını İslam Respublikasının möhkəmlənməsinin göstəricisi olduğunu qeyd edən Həzrət Ayətullah Xamenei müqavimət iqtisadiyyatı proqramının icrasının zəruri olduğunu vurğulayaraq prezidentə tövsiyə etdi: “Səylərinizi ədalətin bərqərar edilməsi, yoxsul və kasıb təbəqənin himayə edilməsi, xalis İslamın icrası, milli qürur və vəhdətin möhkəmləndirilməsi, ölkənin böyük imkan və potensiallarına diqqət yetirilməsinə, İslam İnqilabı dəyərləri və prinsiplərinə ehtiram göstərilməsində şəffaflıq nümayiş etdirilməsinə səfərbər edin”.

Höccətül-İslam vəl-müslimin Məhəmmədi Gülpayiqani tərəfindən səsləndirilən prezident səalhiyyətlərinin təsdiqi fərmanın tam mətni:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə

Allah-taalaya şükr edirəm ki, əzəmətli İran xlaqını növbəti dəfə böyük bir ictimai-siyasi sınaqdan üzüağ çıxardı, xalqın ən əsas milli fəaliyyətlərin biri çərçivəsindəki mübarək iştirakını Müqəddəs İslam Respublikasının qüruru, təhlükəsizliyi və böyüklüyünün müdafiəsi istiqamətində atılmış böyük addım etdi.

İzdihamlı seçkilər və ölkənin hər yerində seçicilərin yaratdıqları uzun-uzadı sıralar, prezident seçkilərində iştirak edənlərin parlaq yetərsay göstəricisi, ardınca da seçilmiş şəxsin yüksək səs toplaması İslam dövlətçiliyi sisteminin, respublikanın və bu inqilabçı sistemin xalqa əsaslanan xarakterinin möhkəmlənməsi istiqamətindəki uğurunun parlaq göstəricilərindəndir. Bu isə öz növbəsində bizim əziz İslam dövlətinin sayı-hesabı olmayan ən mühüm və ən əsas imkanlarından biri kimi İnqilabın yüksək ideyalarına nail olmağımızı mümkün edir, ölkənin və millətin parlaq gələcəyi ilə bağlı müjdə verir.

Allahın hidayət, lütf və yardımına sığınaraq, Həzrət Vəliyyullahın (ruhumuz ona fəda olsun) diqqət və himayəsi ilə, habelə Həzrət Əbül-Həsən İmam Rzanın (ona minlərlə salam və təriflər olsun) doğum günlərini xeyirli əlamət qəbul edib İran xalqının seçiminə əsaslanaraq xalqın səsini təsdiqləyir və hörmətli alim Cənab Höccətül-İslam vəl-müslimin doktor Həsən Ruhanini İran İslam Respublikasının prezidenti təyin edirəm.

Ona müvəffəqiyyət diləyərək israrla tövsiyə edirəm ki, bu ciddi vəzifəni Allahın razılığını qazanmaq üçün bir vasitə, Allahla görüş vaxtı üçün azuqə etsin, səylərini ədalətin bərqərar edilməsi, yoxsul və kasıbların himayə edilməsi, xalis İslamın icrası, milli qürur və vəhdətin möhkəmləndirilməsi, ölkənin böyük imkan və potensiallarına diqqət göstərilməsi, İslam İnqilabının prinsipləri və dəyərlərinə ehtiram göstərilməsində şəffaflıq göstərilməsi üçün səfərbər etsin. Əmin olsun ki, qeyrətli və cəsur xalq çətinliklər zamanı, imperializmin zorakılıqları və acgözlükləri ilə mübarizədə dövlət xadimlərini tək qoymayacaq.

Müqavimət iqtisadiyyatı planının icrası, məşğulluq və daxili istehsal məsələsinin xüsusilə diqqətdə saxlanılmasını bir daha vurğulamağı, xalqın səsi və onun təsdiqinin İslamın doğru-düzgün yolunun qorunması və bu yolda verilmiş sözə əməl eidlməsi ilə şərtləndiyini xatırlamağı lazım bilirəm.

Sonda əziz və mərhum İmamın (r.ə) xatirəsini əziz tutur, onun və bu yolun şəhidlərinin pak ruhlarına salam göndərirəm.

Salam olsun Allahın saleh bəndələrinə!

Seyyid Əli Xamenei
03 avqust 2017

Mərasimdə çıxış edən İslam İnqilabının Rəhbəri hər kəsi Həzrət İmam Rzanın (ə) mövlud günləri münasibətilə təbrik etdi.

Təsdiqetmə mərasiminin o həzrətin mövlud günlərinə təsadüf etməsinin bərəkət səbəbi olacağını qeyd edən İnqilabın Rəhbəri bu günkü toplantının böyük əhəmiyyət daşıdığını vurğuladı: “Bu mərasimin əhəmiyyətli cəhətlərindən biri ölkədə yeni administrasiya mərhələsinə start verilməsidir. Ümid edirik ki, möhtərəm prezident və onu bu yeni mərhələdə müşayiət edəcək məmurlar əvvəlkindən daha böyük imkan və təşəbbüskarlıqla xalqın tələblərini yerinə yetirib onu sevindirəcək”.

O qeyd etdi ki, təsdiqetmənin ikinci çox mühüm cəhəti ölkənin birinci dərəcəli rəhbər işçilərinin seçilməsində xalqın rol oynamasıdır: “Bu təsdiqetmə mərasimi İslam İnqilabının qələbəsindən sonra təşkil edilmiş on ikinci mərasimdir ki, xalqın səsverməsi və seçiminin təsirini göstərir. Bu böyük nailiyyət İnqilabın qələbəsi sayəsində reallaşmışdır”.

İslam İnqilabının Rəhbəri İnqilabın başlanğıcından bu günə qədər xalqın səsverməsi əsasında on İslam Şura Məclisi, beş İslam Şəhər və Kənd Şurası, habelə beş Xubriqan Məclisinin təşkil edilməsinə işarə edərək dedi: “İnqilabın qələbəsindən əvvəl diktatura sisteminin mövcudluğu səbəbilə xalq ölkə rəhbərlərinin təyinatında heç bir rol oynamırdı. Ancaq İslam İnqilabı və mərhum İmam kimi böyük bir şəxsiyyətin sarsılmaz əzmakrlığı, dərin imanı, sonsuz ayıqlığı və misilsiz şücaəti sayəsində xalq qeyri-əsas hissədən əsas hissəyə keçid etdi və ixtiyar sahibi oldu”.

Həzrət Ayətullah Xamenei bildirdi: “Ölkənin yeni və gənc nəsli İnqilabdan əvvəlki dövrü görməyib. Xalqın dövlətçilikdə rol ifa etməsi böyük bir nailiyyətdir. Belə ki, dahi İmam xalq okeanını hərəkətə gətirməklə uzun illərin və əsrlərin imperiya və monarxiya sisteminə, əcnəbilərin müdaxiləsi və diktəsinə son qoya, ölkənin və millətin hərəkət istiqamətini dəyişə bildi”.

O vurğuladı ki, xalq və dövlət rəhbərləri dini demokratiyanın qırx illiyi, xalqın ayrı-ayrı dövlət proqramları və dövlət rəhbərlərinin seçimindəki iştirakı ilə fəxr etsinlər: “Yeni mərhələdə fəaliyyət göstərəcək dövlət məmurları İnqilabdan əvvəl mövcud olmamış çoxlu elmi, əməli və fikri infrastrukturların əsasını qoymuş müxtəlif dövlət məmurlarının qırx illik səy və təşəbbüslərinin varisləridirlər”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, bu infrastrukturlar millətin gələcəyə doğru sıçraması üçün lazım olan tramplinlərdir: “Yeni məmurlar və möhtərəm prezidentin yeni müşayiətçiləri qırx illik kompakt təcrübə və imkanlardan istifadə etsinlər və bu milli sərmayəni zənginləşdirərək sonrakı rəhbərlərə təhvil versinlər”

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, iş və fəaliyyətə hazır, motivasiyalı və inqilabçı təfəkkürə malik yeni nəsillər tərbiyə edib yetişdirmək İslam İnqilabının bərəkətlərindəndir. O, məmurlara bu böyük məhsuldan istifadə etməyi tövsiyə etdi: “İslam Respublikasının idarəetmə sisteminin qırx illik nailiyyətlərindən biri İran xalqının dünya ilə qarşılıqlı münasibət yarada bilməsi, eyni zamanda hegemoniyaya qarşı ciddi mübarizə və bədxahların məkrli planlarına qarşı müqavimət göstərməsi olmuşdur”.

O, çıxışının bu hissəsində vurğuladı: “Unudulmaması üçün israrla təkrar etdiyim nüanslardan biri budur ki, düşmənin mövcudluğu və hiyləsi diqqətdən kənarda qalmamalıdır”.

İslam İnqilabının Rəhbəri dedi: “Düşmənin planlar işləyib hazırlamasına, habelə düşmənçiliyini davam etdirməsinə baxmayaraq, keçən qırx il ərzində Allahın lütfü ilə xalqın və dövlət rəhbərlərinin təcrübəsinin artması da qətiyyən unudulmamalıdır”.

Həzrət Ayətullah Xamenei İslam İnqilabının qələbəsinin ilk günündən başlayaraq, xüsusilə son illərdə tətbiq eidlən snaksiyaların mövcudluğuna işarə edərək dedi: “Snaksiyalar problem və çətinliklər yaratsa da, diqqətimizin daxili imkan və potensiallara yönəlməsinə, onlardan istifadə etməyimizə səbəb oldu. Bu səbədən də bu gün düşmənin istəyinin əksinə olaraq, İran tədricən İnqilabın ilk illərindəkindən daha güclü və qüdrətli olmuşdur”.

O, keçən illərin müxtəlif planlarına işarə edərək dedi: “Bu illər ərzində ABŞ-ın indiki rəhbərləri kimi bəzi şəxslər İranla açıq-aşkar düşmənçilik etdilər. Bəzilərinin planları da çuqun əl kimi məxmər əlcəkdə gizlədildi. Ancaq bütün bu planlar xalqın və dövlət rəhbərlərinin özlərinə etimadlarının artmasına və düşmənin planlarına qarşı mübarizə yollarını tapmalarına səbəb oldu”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, İslam Respublikası bədxahların planlarından qətiyyən qorxmur və ölkənin zəngin imkanları sayəsində onlarla mübarizə yollarını bilir: “Yeni hökumətin rəhbər işçiləri belə bir zəngin imkan və potensialı olan dövlətin sükanı arxasına olduqlarını, bu imkan və potensialları tanımaqla onlardan istifadə etməli olduqlarını bilməlidirlər”.

Həzrət Ayətullah Xamenei yeni dövlət rəhbərlərinə inqilabçı kimliyə etimad göstərməyi, mübariz fəaliyyəti, xalqın dəstəyi, ölkənin maddi və mənəvi kapitallarından isitfadə etməyi tövsiyə etdi və ardınca dövlətin üç gələcək strategiyasını bəyan etdi: “Əsas prioritet kimi xalqın məişət problemləri, xüsusilə onun məişət və işqtisadi problemləri ilə məşğul olmaq, dünya ilə qarşılıqlı münasibət, xalqlar və dövlətlərlə geniş əlaqələr yaratmaq, hegemonlara qarşı qüdrətlə müqavimət göstərmək dövlətin gündəliyinə eynivaxtda daxil edilməli olan üç əsas strategiyadır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, ABŞ rejimi bütün hegemonlardan təcavüzkar və həyasızdır: “Qırx illik beynəlxalq fəaliyyətlər göstərdi ki, hegemon güclər qarşısında təslim olmağın xərci onlara qarşı müqavimətin xərcindən daha çoxdur”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, təslim olmaq xalqları çarəsiz edir və inkişaf yolunu onların üzlərinə bağlayır: “İslam Respublikası Allahın lütfü ilə imperiya və hegemoniya qarşısında heç vaxt təslim olmamış, onların istəkləri ilə razılaşamamış və şəhidlərin fədakarlıqları sayəsində bu gün daha çox güclənib inkişaf etməklə yanaşı şüarlarını daha da ucaltmışdır”.

İslam İnqilabının Rəhbəri çıxışının davamında möhtərəm prezident və həmkarlarına on tövsiyə ünvanladı.

Məsuliyyətin əmanət hesab edilməsi və ona qarşı əmanətdarlıq göstərilməsi, proqramlar və xərclərdə, xüsusilə yoxsulluq və korrupsiyanın kökünün kəsilməsi üçün gösərilən səylərdə prioritetliyə riayət edilməsi, altıncı proqram əsasında hərəkət edilməsi Həzrət Ayətullah Xameneinin verdiyi ilk tövsiyələr oldu.

O, dördüncü tövsiyəsini qeyd edərkən dedi: “Xalqın birliyinə mühüm əhəmiyyət verin, onu qoruyun və diqqətli olun ki, xalq arasında nifaq və zərərverici qruplaşmalar yaranmasın”.

O, xalqın müxtəlif maraqlarına işarə edərək dedi: “Qoyun xalq müxəlif maraqları ilə birlikdə rahat yaşasın”.

İslam İnqilabının Rəhbəri prezident və gələcək hökumətə ünvanladığı beşinci tövsiyəsində belə dedi: “Müxtəlif fikir və rəylərə görə narahat olmayın, çünki ağır vəzifələrdə və işlərdə nöqsanlar var. Tənqidi qəbul edib ona qarşı dözümlülük göstərməklə tənqidçilərin öz baxış bucalqarını bildirmələrinə imkan verin”.

O, növbəti tövsiyəsində dövlət məmurlarına xalqın arasına çıxmağı, onlarla birbaşa ünsiyyət qurmağı tövsiyə etdi.

O, yeddinci tvösiyəsini bəyan edərkən dedi: “Mömin, inqilabçı və motivasiyalı qüvvələrin qədrini bilin. Çünki məhz həmin inqilabçı qüvvələrdir ki, çətinliklər zamanı ölkəni qoruyub sinələrini sipər edirlər”.

İslam İnqilabının Rəhbəri dövlət məmurlarına ünvanladığı tövsiyəsində onlara düşmənlərin düşmənçiliklərini unutmamağı tövsiyə etdi: “Beynəlxalq əlaqələr və qərarlar zamanı həmişə xatirinizdə olsun ki, düşmən sizi məhv etmək üçün bütün gücünü ortaya qoyub və hər bir bəhanədən də istifadə edir”.

Həzrət Ayətullah Xamenei kosmik peykin kosmosa buraxılması ilə bağlı yaranmış son mübahisələrə işarə edərək dedi: “Bu kosmik peykin qaldırılması elmi, texnoloji, təbii və əlbəttə ki, ölkə üçün lazımlı bir hadisə idi. Ancaq bu məsələ ilə bağlı da söz-söhbət yaratdılar”.

İnqilabın Rəhbəri dövlət məmurlarına ünvanladığı növbəti tövsiyəsində bildirdi ki, bədxahların hiylələri və bəhanələrinə qarşı müqavimət göstərmək, habelə onlara cavab vermək üçün iqtisadiyyat, mədəniyyət, müdafiə, İslam və İnqilab kimliyinin qorunması sahələrində güclü, mübariz və dəqiq hesablanmış işlər görmək lazımdır.

Həzrət Ayətullah Xamenei dövlət məmurlarına ünvanladığı onuncu və sonuncu tövsiyəsində dedi: “Allaha təvəkkül edin, Allahın qələbə vədinə inamınız olsun!”

O, çıxışının sonunda vurğuladı ki, din düşmənləri və qanun pozanlar qarşısında sakit oturmaq olmaz: “Bilin ki, gələcək sizindir”.

Mərasim çıxışı zamanı hər kəsi İmam Rzanın (ə) mübarək mövludu münasibətilə təbrik edən prezident cənab Ruhani İslam İnqilabının qələbəsi, dahi İmamın xalqa bəxş etdiyi özünə inam, izzət, müstəqillik və azadlıq sovqatına işarə edərək dedi: “Azadlıq, təhlükəsizlik, asayiş və inkişafın təcəllası olan gələcəyi qurmaq üçün xalqın sonsuz imkanlarına daha çox arxalanmaq məcburiyyətindəyik”.

Cənab Ruhani bildirdi ki, yoxsulluq və korrupsiyanın kökünün kəsilməsi, inflyasiyanın qarşısının alınması, iqtisadi inkişaf, beynəlxalq dairələrdə İranın başının ucaldılması, region və dünya bazarına nail olmaq İran xalqının hüquqlarındandır: “Azad və mənəvi mühitin inkişaf etdirilməsi, informasiyanın asanlıqla əldə edilməsi, qanun qarşısında bərabərlik, əmin-aman gələcəyə sahib olmaq, fikir bildirmək və müzakirə, ölkənin ayrı-ayrı fəaliyyət sahələrində yer almaq da xalqın hüquqlarındandır”.

Prezident xalqın səsələrinə münasibətdə dövlətin göstərdiyi əmanətdarlığa işarə edərək dedi: “Xalq bu seçkilərdə səsvermə ilə yenidən dövlət, rəhbərlik, hökumət və seçim etdikləri adamla əhd-peymanlarını yenilədilər. İndi məsuliyyət yükü bizim üzərimizdədir”.

Cənab Ruhani dini demokratiyanın İslam Respublikasının bərəkətlərindən olduğunu dedi: “Şübhəsiz ki, bu böyük nailiyyət mərhum İmamın və İslam İnqilabının Ali Rəhbərinin rəhbərliyinə borcludur. Onlar strateji baxış, atalara xas olan davranışları və köks genişliyi ilə müxtəlif siyasi baxışları olan İnqilab övladlarının inkişaf bazasını yaratdılar”.

Prezident qeyd etdi ki, sosial ədalət və yoxsulluğun aradan qaldırılması İslam İnqilabının hədəflərindəndir: “On birinci hökumət iqtisadi sabitliyi qaytarmaq, inflyasiyanı azaltmaq, ümumi xidmətləri artırmaq, o cümlədən, sosial sığorta yaratmaqla, habelə sağlamlıq sisteminin inkişaf layihəsini həyata keçirməklə mühüm addımlar atdı. Lakin ölkədə yoxsulluq və bərabərsizliyin vəziyyəti xalqa və İslam Respublikasına yaraşmayan həddədir”.

Cənab Ruhani bildirdi ki, on ikinci hökumətin məqsədi İranda qeyd-şərtsiz yoxsulluğun kökünü tamamilə kəsmək, əhatəli sosial təminat sistemi yaratmaqdır: “Yoxsulluğu aradan qaldırmaq iş yerlərinin açılması ilə şərtlənir. İş yerlərinin açılması və sərvət istehsalı üçün genişmiqyaslı sərmayə yatırılmlarının edilməsi, qabaqcıl texnologiya və bazara nail olmaq lazımdır”.

Prezident qeyd etdi ki, on ikinci dövlətin əsas prioriteti istehsal və məşğulluğu artırmaqdır: “Biz öz iqtisadi proqramlarımızı dövlətin ümumi siyasətləri, xüsusilə müqavimət iqtisadiyyatı, 44-cü maddə əsasında və iqtisadi inqilab yaratmaq məqsədilə işləyib hazırlamışıq”.

Cənab Ruhani dünya ilə qarşılıqlı əlaqənin olmasının zəruriliyini vurğuladı: “Ən çətin sanksiyaları aşmaq diplomatik güc və qabaqlayıcı müdafiə imkanından faydalanma əsasında müyəssər oldu”.

Prezident bildirdi ki, BFKP İranın beynəlxalq əlaqələrdəki yaxşı niyyətindən xəbər verir: “İndi böyük seçki eposu yaratmış millətə etimad göstərərək konstitusiya çərçivəsində dünya ilə effektiv və konstruktiv münasibətlər yaradacağıq”.

Cənab Ruhani vurğuladı ki, seçkilərin sonu mehribanlıq və əməkdaşlığın başlanğıcıdır: “Artıq hamımızın müzakirə və ən yaxşı həll yolunu seçmək, habelə bütün kreativ qüvvələrin imkan və təşəbbüsündən istifadə etməklə dövlətin effektivliyini artırmaq və xalqı razı salmaq vaxtıdır”.

Daxili İşlər naziri on ikinci prezident seçkilərinin keçirilməsi prosesi haqqında məlumat verdi. Cənab Rəhmani Fəzli bildirdi ki, xalqın səsvermə qutularının ətrafındakı genişmiqyaslı iştirakının ən mühüm mesajı bu oldu ki, xalq İslam İnqilabının ideyalarına inanır: “Təhlükəsizlik, sağlamlıq, qanunilik, maksimum iştirak son seçkilərin dörd mühüm kateqoriyası olmuşdur”.

Daxili İşlər naziri xalqın səslərinin qorunması və seçki təhlükəsizliyinin təmin edilməsi məqsədilə həyata keçirilmiş fəaliyyətlərə işarə edərək dedi: “Prezident seçkiləri bütün dünyanın 103 ölkəsində 62381 seçki məntəqəsi çərçivəsində təşkil edildi. Sonda Nəzarət Şurası hətta bir seçki məntəqəsinin də nəticələrini ləğv etmədən seşkilərin düzgün keçirildiyini təsdiq etdi”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /