Ali Məqamlı Rəhbər:

Hər kəs səs toplasa, əsl qalib İran dövləti və xalqı olacaq

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə) səhər Qəzvin, Zəncan və Semnan əyalətlərinin əhalisi ilə görüşündə etdiyi mühüm çıxışı zamanı bildirdi ki, Cümə gününün seçkiləri bir milli bayram, böyük xalq qəhrəmanlığı, İslam demokratiyasının dünya ictimaiyyəti qarşısında yeni və cəlbedici konsepsiyasının bir cilvəsidir. O, habelə qeyd etdi ki, çox böyük xalq kütləsinin seçki qutularının yanında olması zəruridir: “Cümə günü hər hansı şəxs səs toplasa, seçkilərin əsl qalibi İran xalqı və İslam dövləti olacaq”.

İslam İnqilabının Rəhbəri seçki coşğusunun bütün ölkəyə hakim kəsilməsindən sevinc hissi keçirdiyini dedi: “Ayrı-ayrı dövrlərdə hər seçkilər keçirildikdə əsl həqiqətdə səhnə millətin izzəti və milli gücün artmasına səbəb olan böyük xalq qəhrəmanlığı və İran xalqının parlamasına şahidlik edir”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, başqa bir baxış bucağına əsasən seçkilər İslam demokratiyasının yeni və cəlbedici kopnsepsiyasının özünü dünya siyasətçilərinin gözləri önündə təzahür etdirməsidir: “Dini demokratiya İslam Respublikası və dahi İmam tərəfindən bəşəriyyətə təqdim edilmiş yeni bir təcrübədir. İran xalqı Cümə günü bu yeni konsepsiyanın işığını dünya ictimaiyyətinə bir daha nümayiş etdirəcək”.

O vurğuladı ki, Cümə gününün seçkiləri dünyada iki qrupun diqqəti mərkəzində olacaq: “Seçkiləri bir tərəfdən İran xalqının seçki arenasına necə, hansı ruhiyyə və hansı sayda daxil olacağını görmək üçün ABŞ və Avropanın müxtəlif dövlət orqanları və rəsmiləri, ABŞ-ın regiondakı müti dövlətləri, habelə sionist rejimin rəsmi şəxsləri izləyəcək. Digər tərəfdən isə region xalqları İran xalqının böyüklüyünü, İslam dövlətindəki azadlığı və dini demokratiyanı yenidən görmək üçün xalqın Cümə günündəki iştirakını fərəh hissi və həsrət dolu baxışlarla izləyəcəklər”.

İslam İnqilabının Rəhbəri vurğuladı: “Bu səbəbdən əgər xalq seçkilərdə zəif iştirak etsə, bir cür mühakimə yürüdüləcək və qərar qəbul ediləcək. Yox əgər xalqın seçkilərdəki iştirakı ayıq, güclü və coşğulu olsa, mühakimə mütləq, başqa cür olacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, ayrı-ayrı dövrlərdə təşkil edilən seçkilər İslam dövlətinin yenidən təravətlənməsinə və onun böyüklüyünün bir daha nümayiş etdirilməsinə zəmin yaradır: “Seçkilər günü İslam dövləti üçün milli bayram, sevinc və şadlıq günüdür”.

O, Qərbi Asiya və Afrikanın şimalında mövcud olan genişmiqyaslı qeyri-sabit şəraitə işarə edərək dedi: “Bu cür qeyri-sabit mühitdə İran İslam Respublikası Allahın lütf və yardımı ilə seçkilərə tam sabit və təhlükəsiz şəraitdə hazırlıq görür. Bu, çox mühüm məsələdir, onun qədrini və qiymətini bilmək lazımdır”.

İslam İnqilabının Rəhbəri vurğuladı ki, azad mühit, xalqın səsinin rol oynaması, mövcud təhlükəsiz və əmin-aman şərait İslam Respublikasının sayəsində əldə edilmişdir: “Bəzilərinin bu azad mühitdən istifadə etdiyi halda, onu danmasına və nankorluq etməsinə baxmayaraq, İran xalqı bu seçkilərdə tamamilə azad şəkildə iştirak etdiyi, xalqın seçkilərdəki səsi və qərarı ölkənin icraedici rəhbərləri və şəhər rəhbərliklərinə çox böyük təsir göstərdiyi üçün bu, çox mühüm məsələdir. Buna görə də onun qədrini bilməliyik”.

Həzrət Ayətullah Xamenei dedi: “Prezident seçmək üçün azad seçkilərin keçirilməsi, rəqabət və xalqın səsverməsi hökümətləri ABŞ-ın himayəsi və nüfuzu alltında olan region xalqları üçün bir yuxudur”.

O bildirdi ki, xalqın səhnədə və seçki qutularının yanında olması iki mühüm mesajı ehtiva edir: “Seçkilərdə iştirakın birinci mesajı xalqın İslam Respublikasına etimadı və sevgisini, ikinci mesaj İran xalqının diri, iş başında və qərarlı olduğunu ehtiva edir”.

İslam İnqilabının Rəhbəi vurğuladı: “Xalqın seçkilərdəki işirakı, qanuna bağlılğı və nizam-intizamı nə qədər yüksək olsa, İran xalqının beynəlxalq izləyicilər qarşısındakı hörmət və ehtiramı bir o qədər çox olar”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, qanun-qaydalara riayət və qanunlara tabe olmaq üç mərhələdə - seçkilardən qabaq, seçkilər günü və seçkilərdən sonra çox mühüm əhəmiyyət daşıyır: “İran xalqı bu nizam-intizamın hansı həddə qədər fayda verdiyini, nizam-intizamsızlıq və qanunlara tabe olmamağın hansı həddə ziyanlı olduğunu təcrübə etmişdir”.

O vurğuladı ki, Cümə günü xalqın səsverməsi ilə sonda namizədlər arasından biri seçiləcək: “Mən seçkilərdə qalib və məğlubun olduğunu qəbul etmirəm. Çünki kim səs toplayacaqsa, seçkilərin əsl qalibi İslam Respublikası və İran xalqı olacaq”.

İslam İnqilabının Rəhbəri seçkilərin icraçı və nəzarətçi qurumlarının, habelə təhlükəsizliyi təmin edən orqanların öz vəzifələrində ciddi olması məsələsinə toxunaraq dedi: “Bu qurumların hamısı güvənilən və qarşılıqlı əlaqəsi olan qurumlardır. Ancaq bu qurumlara bir daha çatdırıram ki, xalqın səsləri əmanətdir və bu əmanət qorunmalıdır”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Qanun pozuntusuna yol vermək niyyətində olan insanlaırn olması mümkün haldır. “Nəzarətçi, icraçı və təhlükəsiziyi qoruyan qurumlar məqbul və etibarlı olmalarına rəğmən, son dərəcə diqqətli olmalıdırlar”.

O vurğuladı ki, İran xalqının düşmənləri seçki səhnəsini yaxından izləyirlər: “Bədxahların qarşısında İran xalqının çöhrəsi qərar qəbul etmək üçün qərarlı və qətiyyətli, eyni zamanda özünə güvənən, güclü və təmkinli olmalıdır”.

İslam İnqilabının Rəhbəri seçki kompaniyaları zamanı işlədilmiş bəzi xoşagəlməz ifadələrə işarə edərək dedi: “Bu ifadələr İran xalqına yaraşmır, ancaq xalqın iştirakı bu problemləri həll edəcək və həmin ifadələrin heç bir təsiri olmayacaq”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Kişi və qadınlığından asılı olmayaraq, bütün İran xalqı Allahın izni ilə Cümə günü ölkənin hər yerində seçkilərdə iştirak edəcək, bu iştirak və qətiyyət nümayişi ilə İslam dövlətinə şərəf verəcək”.

O çıxışıın davamında seçki namizədlərinin havadarları və qərargahlarına mühüm bir tövsiyə verdi: “Namizədlərin tərəfdarları və onların qərargahları sükut və nizam-intizama riayət etməlidirlər. Çünki bu bir neçə günlük həyat və dünya keçib gedəcək, qalan bizim əməllərimiz və ilahi hesabat olacaq. Buna görə də hamı seçki kompaniyaları və təbliğalarında Allahın razılığını diqqət mərkəzində saxlayaraq, habelə niyyətini xalis edərək fəaliyyət gösərməlidir”.

İslam İnqilaının Rəhbəri onu da vurğuladı ki, əgər seçki fəaliyyətlərində məqsəd Allahın razılığını qazanmaq olsa, Allah onlara bərəkət verəcək və İran xalqının xeyrinə olan baş verəcək: “Hamının vəzifəsi qanunlara tabe olmaq, nizam-intizamı qorumaq və ona əməl etməkdir”.

Həzrət Ayətullah Xamenei dedi: “Son dörd onillik ərzində müxtəlif mərhələlərin, dünya və regionda müxtəlif şəraitlərin, habelə dövlət rəsmilərinin uyğun olmayan və ya natamam fəaliyyətlərinin olmasına rəğmən, İslam dövləti inkişaf etmiş, İslam Respublikasının böyük hərəkəti və xalqın iştirakı öz işini görmüşdür”.

O vurğuladı: “Bu inkişaf hər gün davam edəcək və İslam Respublikası düşmənlərin məyus olduğu, boşboğazlıqdan və uydurmalardan əl çəkəcəyi günü görəcək”.

İslam İnqilabının Rəhbəri çıxışının sonunda seçkilərdən, Allah-taalanın “Böyük Cümə günü imtahanı”na qarşı lütfkar olacağından, ona bərəkət verəcəyindən, xalqın və ölkənin xeyir və məsləhətinə olanı edəcəyindən ümidvar olduğunu dedi.

İslam İnqilabının Rəhbəri çıxışının əvvəlində Şaban ayının dua və təvəssül, Mübarək Ramazan ayındakı ilahi ziyafətə hazırlıq ayı olduğunu dedi: “Şaban ayının qalan fürsətindən isifadə etmək, özünü mənəviyyat və ilahi rəhmət vadisinə daxil etmək lazımdır. Əziz gənclər saf və pak qəlbləri ilə bu fürsətdən və ilahi nemətdən istifadə etmək üçün daha çox hazırdırlar”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /