Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər:

Namizədlərin prioriteti zəif təbəqəni himayə etmək olmalıdır

Fəhlə və zəhmətkeşlər günü ərəfəsində minlərlə fəhlə və sahibkarla görüşən İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei fəhləliyin qürur mənbəyi olduğunu dedi. O vurğuladı ki, fəhlə sinfinin iş və məişət təhlüksizliyi təmin edilməlidir: “Fəhlələrin, habelə xalqın bütün siniflərinin səhnədə olması həmişə düşmənlərin müharibə və təcavüz kölgəsini İran xalqının başı üzərindən götürmüşdür. Qarşıdan gələn seçkilərdə də ölkəni, dövləti və təhlükəsizliyi sevən hər kəs seçkilərdə iştirak etsin. Çünki bu iştirak düşmənin şərrini ölkənin başı üzərindən uzaq edəcək”.

Hər kəsi Həzrət Əbaəbdillah Hüseynin (ə) mübarək mövlud ildönümü münasibətilə təbrik edən İslam İnqilabının Rəhbəri qeyd etdi ki, o cənaba qarşı sevgi və məhəbbət ifadəsi, habelə onu tanımaq xalqın qürur mənbəyidir.

Həzrət Ayətullah Xamenei bildirdi ki, fəhlə iqtisadiyyat və istehsalın fəqərə sütunudur: “Müstəqil və inkişaf etmiş iqtisadiyyata malik olmaq, o cümlədən iqisadiyyatı çiçəkləndirmək üçün fəhlə sinfinə çox əhəmiyyət verilməlidir. Əgər fəhlə sinfinin layiq olduğu imtiyaz və hüquqlarla təmin olunmasını istəyiriksə, milli istehsal üzərində köklənməliyik”.

İslam İnqilabının Rəhbəri onu da əlavə etdi ki, cəmiyyətdə fəhlələrin rifahının təmin edilməsi iqtisadi vəziyyətin nizam-intizama düşməsinə səbəb olur: “Ölkə iqtisadiyyatının mövcud problemi həll ediləndir. Açılmayan düyün yoxdur. Bu düyünün açılmasının ən mühüm şərtlərindən biri fəhlələrin hüquqlarının diqqət mərkəzində saxlanılması və təmin edilməsidir”.

O vurğuladı: “Fəhlə sinfi ona hörmət edildiyini, ehtiram göstərildiyini hiss etməli, başıucalıq hissi keçirməli və gördüyü işə dəyər verilməlidir. Belə olan surətdə onda yorğunluq, hövsələsizlik və işə qarşı etinasızlıq yaranmayacaq”.

Həzrət Ayətullah Xamenei iş mədəniyyətinin təbliği və işə əhəmiyyət verilməsinin zəruri olduğunu dedi: “Cəmiyyətə işə qarşı sevgi və həvəs hissi aşılanmalıdır. İş o qədər yüksək qiymətləndirilməlidir ki, fəhlə qürurla “Mən fəhləyəm” deməli və bunu deməklə heç bir utanc hissi keçirməməlidir”.

O bildirdi ki, fəhlələrin iş təhlükəsizliyi və məişətini təmin etmək dövlət qurumlarının mühüm vəzifəsidir: “Fəhlə, sahibkar və hökumət fəhlə sinfinin problemlərinin həllində üzərinə düşən vəzifə əsasında məsuliyyət daşıyır. Bunların hər biri öz vəzifələrinə əməl etməlidir”.

Həzrət Ayətullah Xamenei dedi ki, bunları deməkdə, müqavimət iqtisadiyyatı üzərində dayanmaqda və illəri adlandırmaqda məqsəd ümumi bir diskurs və istək yaratmaqdır: “Bir məsələnin ümumi bir istəyə çevrilməsi onun reallaşmasına və dövlət orqanlarının da bu istiqamətdə hərəkət etməsinə səbəb olur”.

O, ayrı-ayrı ölkələrdə fəhlələrin ictimai və siyasi sahələrdə oynadığı rola, İnqilabın ilk günlərindən başlayaraq düşmənlərin fəhlə sinfini İslam Respublikası ilə qarşı-qarşıya qoymağa çalışdığına işarə edərək dedi: “Bütün bu səylərə baxmayaraq, fəhlələr həmişə dövlətin tərəfini tutmuş, onu himayə etmişlər. Əsl həqiqətdə dindar və aktiv fəhlə sinfi bu illər ərzində ölkənin düşmənlərininin ağzından sillə ilə vurmuşdur”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “İslam Respublikası və bütün rəhbərlik fəhlə sinfinə təşəkkür etməlidirlər. Çünki fəhlə sinfi hər zaman dövlətin yanında olmuş, bundan sonra da Allahın lütfü ilə olacaqdır”.

Məşğulluq məsələsinə çox böyük əhəmiyyət verən İslam İnqilabının Rəhbəri onun birinci dərəcəli məsələ olduğunu vurğuladı: “Əgər məşğulluq problemi uyğun bir şəkildə həll edilsə, ictimai fəsadlar, o cümlədən, narkotik maddələr, gənclərin problemləri, işsizlik və bekarçılığın səbəb olduğu bəlalar da hiss olunacaq dərəcədə azalar”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “Ölkə idarəçiliyinə cavabdeh olacaq hər kəs, gələcək hökumətdə iqtisadiyyat sahələrində vəzifə tutacaq bütün insanlar elə birinci gündən bütün diqqət və səylərini məşğulluq probeminin həllinə yönəltməlidirlər. Çünki bu mühüm məsələdə hətta bir gün də yubanmaq olmaz”.

O bildirdi ki, sənaye, kənd təsərrüfatı, xidmətlər və bütün digər sektorlarda milli istehsala diqqət məşğulluq probleminin həllinin şərtidir: “Növbəti hökumətdə vəzifə tutacaq insanlar məhz elə ilk fürsətdə bu məsələ ilə bağlı proqram hazırlamalıdırlar”.

İnqilabın Rəhbəri çıxışının davamında ölkənin seçki mühitindəki canlanmadan məmnun olduğunu dedi: “Əziz xalq bilməlidir ki, seçkilərdə iştirak milli təhlükəsizlik məsələsində təyinedici rola malikdir. Əgər əhali səs qutularına doğru hərəkət etsə, ölkə təhlükəsizlikdə olar”.

O, etibarlı məlumatlara əsaslanaraq dedi: “Xalqın səhnədə olmasından qorxmaq həyasız, utanmaz və quldur düşmənlərin İran qarşısında istənilən sərt addım atmaqdan çəkinməsinin əsl səbəbidir. Çünki düşmənlər xalqın səhnədə olmasından sözün əsl mənasında qorxurlar”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Əgər xalqla dövlət arasına fasilə düşsə və əhali səhnəyə çıxmasa, düşmənlər istədiklərini edəcəklər. Çünki bu işlər onlar üçün çox da çətin deyil. Dünyanın digər nöqtələrində əl atdıqları bu qəbil işlər buna bir nümunədir”.

İnqilabın Rəhbəri müharibə kölgəsinin ölkədən uzaqlmaşını öz adlarına çıxan bəzi insanları tənqid edərək dedi: “Bəzən eşidirik ki, bəziləri deyirlər, ya da deyiblər ki, biz gəldikdən sonra məsuliyyət hissi keçirdik və müharibə kölgəsini ölkənin başı üzərindən kənarlaşdırmağı bacardıq. Ancaq bu sözlər doğru deyil. Əsl gerçəklik ondan ibarətdir ki, bütün illər boyu xalqın səhnədə olması müharibə və təcavüz kölgəsinin İranın başı üzərindən qalxmasına səbəb olmuşdur”.

O bildirdi ki, bu milli iştirakın ən mühüm təzhürü seçkilərdə iştirakdır: “Kimə səs verib, verməyəcəyinizi əsla demərəm. Ancaq israr edirəm ki, səs qutularının yanında olun, seçdiyiniz şəxsə səs verin”.

İnqilabın Rəhbəri çıxışının bu hissəsini yekunlaşdırarkən vurğuladı: “Ölkəni, dövləti və təhlükəsizliyi sevən hər kəs seçkilərdə iştirak etsin. Bu iştirak düşmənin şərinin ölkənin başı üzərindən qalxmasını təyin edir”.

O, keçən qırx ilin bütün çəinlikləri zamanı xalqın dövlətə dərindən bağlılığını və onunla bir olduğunu yüksək qiymətləndirdi: “İslam Respublikasının bu günkü inkişafı, iqtidarı, abrı, izzəti və regiondakı nüfuzu xalqın dövlətin yanında yer alması və ona qəlbdən bağlı olmasının nəticəsidir”.

Həzrət Ayətullah Xamenei namizədlərə səs verərkən fikirləşmək, düşünmək və məsləhətləşmənin zəruri olduğunu vurğuladı: “Hər kəs namizədə fikir və məntiq əsasında səs versin. Əgər seçimində səhvə yol versə, Allah qarşısında üzrlüdür. Yox, əgər seçimində diqqətsizlik və laqeydlik göstərsə, Allah qarşısında, hətta vicdanı qarşısında da üzrü olmayacaq”.

İslam İnqilabının Rəhbəri bu mühüm nüansları xalqa bəyan etdikdən sonra qeydiyyatdan keçmiş altı namizədə bir neçə tövsiyə verdi.

Onun namizədlərə verdiyi tövsiyəsi bu oldu ki, niyyətlərini Allaha xatir etsinlər, iqtidar sahibi olmaq üçün deyil, xidmət etmək üçün çalışsınlar. Çünki hər kim zəif təbəqəni nəzərə alıb onlara xidmət göstərmək üçün iş başına gələrsə gördüyü işin mükafatı vardır.

İnqilabın Rəhbəri prezidentliyə namizədlərə ikinci tövsiyədə bildirdi ki, zəif təbəqələri himayə edəcəklərini açıq şəkildə elan etsinlər.

O əlavə etdi: “Şüar və proqramlarınızı elə tərtib edin ki, hər kəs sizin meydana atılarkən əsl məqsədinizin zəif təbəqələri himayə etmək olduğunu bilsin. Çünki bu mühüm problemin həlli sizin ciddi prioritetinizdir”.

İslam İnqilabının Rəhbəri yenidən namizədlərə dedi: “Özünüzlə Allahınız arasında əhd edin ki, əgər xalq sizə səs versə, prioritetlərə riayət edəcək, daha çox himayəyə ehtiyacı olan siniflərə daha çox diqqət ayıracaqsınız”.

O bildirdi ki, inqilabçı və mücahid fəaliyyət ölkə problemlərinin yeganə həlli yoludur: “Xalq və namizədlər bilməlidirlər ki, mövcud problemlərin həlli üçün bir mücahid kimi canla-başla xidmət göstərmək lazımdır, həcmli, keyfiyyətli, mücahid və inqlibaçı işlə dalanları parçalamaq və ölkəni irəli aparmaq olar”.

İslam İnqilabının Rəhbəri inqilabçı olmağı nizmasızlıqla eyni mənada qələmə verən insanları tənqid edərək dedi: “Nizam-intizam inqilabçılığın əsas xətlərindəndir. İnqilabçı olmağın mənası formallıq, qeyri-əsas işlərdən uzaq olmaq, təmtərağa aludə olmamaq, xalqın problemlərini həll etmək üçün yorulmadan, tükənmdən çalışmaq, sürətli vasitələrlə istehsal, iş və məşğulluq düyünlərini açmaqdır”.

İnqilabın Rəhbəri çıxışının sonunda seçkiyə aidiyyəti olan qurumlar, Daxili İşlər Nazirliyi, Keşikçilər Şurası, Teleradio Şirkəti və digər orqanlara belə bir tələb ünvanladı: “Bəli, xalq, əmanətdir. Bu ağır əmanəti son dərəcə ehtiyat və diqqətlə qoruyun, heç kəsin əluzunluğuna imkan verməyin”.

O, qanuna istisnasız, dəqiq və formallıqdan kənar riayət edilməsinin arzuolunan, Allahın razı qaldığı seçkilərin təşkilinin şərti olduğunu dedi və son illər təkrar etdiyi əsas cümləsini yenidən səsləndirdi: “Xalqın səsi insan haqqıdır. Əgər kimsə insan haqqına təcavüz etsə, bunun altından çıxa bilməz”.

İslam İnqilabının Rəhbərindən əvvəl çıxış edən Koorporasiya, İş və Sosial Rifah naziri bildirdi ki, cəmiyyətdə məşğulluğu artıran ən effektiv yeganə yol kiçik və orta həcmli müəssisələrin inkişaf etdirilməsi ilə iş yerləri yaratmaqdır: “Keçən dörd il ərzində ölkədə 2 milyon iş yeri açılıb. Ancaq əhalinin girişlərini nəzərə alsaq, bu qədər iş yeri tələbatlara cavab vermir”.

Fəhlə və işsizlərin cəmiyyətin ən zəif təbəqəsi olduğunu deyən cənab Rəbii fəhlələr və təqaüdçülərin alıcılıq qabiliyyətinin azaldığına toxunaraq dedi: “Çalışırıq, maaşların təyin edilməsi siyasətini elə quraq ki, fəhlə və təqaüdçülərin alıcılıq qabiliyyətini müəyyən qədər yaxşılaşdırsın”

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /