Şirkətin təsərrüfat işlərinə baxan məsul şəxsin mənfəət götürməsi

Sual: Dövlət idarəsində və ya özəl şirkətdə təsərrüfat işlərinə baxan və satış mərkəzlərindən idarə və ya şirkətə lazım olan əşyaları alan məsul şəxs, satıcı qarşısında şərt qoya bilərmi ki, alışdan əldə etdiyi gəlirin müəyyən faizini ona versin? O, bu pulu satıcıdan ala bilərmi? Əgər idarə və ya şirkət müdiri onun belə bir şərt qoymasına icazə verərsə, bunun hökmü nədir?

Cavab: Təsərrüfat işlərinə baxan məsul şəxsin belə bir şərt qoyması düzgün deyildir və bu pulu satıcıdan ala bilməz. Belə bir şərtin qoyulmasına idarə və ya şirkət müdirinin də icazə vermək haqqı yoxdur və onun bu xüsusda olan icazəsi etibarsızdır.

 

700 /