Ali Məqamlı Rəhbər:

Əhli-beytə (ə) həqiqi xidmət cəmiyyəti izzətli edəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (bazar günü) səhər Həzrət Fatimeyi-Zəhranın (s.ə) mübarək mövlud yubileyi münasibətilə Əhli-beyt (ə) şair və məddahlarının bir qrupu ilə görüşdü. O görüş zamanı vurğuladı ki, İslamın bu böyük xanımının həqiqi rəhbər, habelə nümunəvi həyat yoldaşı və ana rolunda sərgilədiyi davranış və həyat tərzi müsəlman qadını üçün kamil bir örnəkdir: “Gözəl poetik zövqü və yüksək ifadə qabiliyyətinə malik olan Əhli-beyt şairləri bu günün tələb və vəzifələrinə uyğun olaraq o böyük öndərlərin fikirlərini və mövqelərini cəmiyyət arasında geniş yayılmış diskursa çevirməlidirlər”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, dünya xanımlarının xanımının ilahi və mənəvi məqamlarını dərk etmək insanın dərk və düşüncəsi xaricindədir: Əziz Peyğəmbərin (s) vəfatından sonrakı son dərəcə ağır şəraitdə, hətta böyük səhabələrin (bir neçəsi istisna olmaqla) də Əmirəl-mininin (ə) haqqını müdafiə etmədikləri bir vaxtda Həzrət Zəhra (s.ə) məscidə getmiş və haqqın müdafiəsinə qalxaraq məşhur fəsahətli xübəsini oxumuşdur”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “Həzrət Zəhranın (s.ə) imamətin müdafiəçisi və həqiqi bir rəhhbər rolunda sərgilədiyi böyük davranış heç bir fədakarlıqla müqayisəyə edilə bilməz. Bu böyüklüyünə görədir ki, özü alim, fəqih və arif olan böyük imamımız (İmam Xomeyni (r.ə)) kimi bir şəxsiyyət deyirdi ki, əgər Həzrət Siddiqeyi-Kübra kişi olsaydı, peyğəmbər olardı”.

Həzrət Fatimeyi-Zəhranın (s.ə) İslam qadınının ən kamil nümunəsi olduğunu və İslam qadınına xas olan ən yüksək səviyyədə, yəni bir rəhbər səviyyəsində dayandığını deyən İslam İnqilabının Rəhbəri müsəlman qadınının rolu və mövqeyinin öyrənilməsinin mühüm əhəmiyyət daşıdığını qeyd etdi: “İnsanın dərk və düşüncəsinin fövqündə dayanan əzəmət və məqam sahibi olmasına baxmayaraq, Həzrət Fatimeyi-Zəhranın (s.ə) məşğuliyyətlərindən biri onun ana, həyat yoldaşı və evdar xanım rolunda sərgilədiyi davranışlardır”.

Həzrət Ayətullah Xamenei İslamın qadına baxışı ilə bağlı Qərbin irəli sürdüyü qüsurlu və puç sözləri şüar etməklə qadına zərər vurnaq istəyən bəzi şəxsləri tənqid edərək dedi: “Bu qafil aldanmışlar qadının evdarlığını təhqir sayırlar, halbuki evdarlığın mənası insan tərbiyə etmək, yaranış aləminin ən üstün məhsulunu, yəni insan yetişdirməkdir”.

İslam İnqilabının Rəhbəri qadın hüquqlarının müdafiəsi adı altında irəli sürülən bəzi fikirlərin əslində, qadının zəiflədilməsinə xidmət etdiyini dedi: “Qərb dünyasında qadına əmtəə və həzz vasitəsi kimi baxılması böyük ehtimalla insan cəmiyyətini məhv etmək məqsədi güdən sionislərin məkrli planlarının tərkib hissəsidir. Ancaq təəssüflər olsun ki, ölkənin daxilində, hətta bəzi İslami mühitlərdə də əslində, qadının alçaldılması və təhqir olunmasına hesablanmış vəzifə və gözləntilər müəyyən edilir”.

O, Allah-taala tərəfindən qadın və kişiyə bəxş edilmiş bəzi oxşar və fərqli cəhətlərə işarə edərək dedi: “Mənəvi məqamlara yüksəlmək, rəhbərlik qüdrəti, insanları doğru yola yönəltəmək kimi cəhətlərdən qadınla kişi arasında heç bir fərq yoxdur. Ancaq idarəçilik vəzifələri və bu kimi aspektlərdən onlar bir-birlərindən fərqlənirlər. Bütün bu xüsusiyyətlərin nümunəsi Həzrət Fatimeyi-Zəhradır (s.ə)”

Həzrət Ayətullah Xamenei Qərbdə gender bərabərliyi və cinsi ədalət kimi anlayışların geniş yayılmasına işarə edərək dedi: “Ədalətin mənası Allahın verdiyi imkanların öyrənilməsi və çiçəkləndirilməsidir”.

O vurğuladı: “Bu gün Qərb alimləri və gender bərabərliyi kimi məsələləri irəli sürən insanlar səbəb olduğu fəsadlara görə gördükləri işin peşimançılığını çəkirlər. Ümidvarıq ki, ölkədə bu mövzuları qabardan insanların məqsədi həmin yanlış qərb konsepsiyası deyil”.

İslam İnqilabının Rəhəri çıxışının başqa bir yerində Əhli-beytin (ə) mədh edilməsinin insani, iman və sənət hadisəsi olduğunu dedi: “Bu unikal hadisənin tamamilə İslam və müsəlmanların xeyrinə, Allahın razılığının qazanılmasına necə xidmət edəcəyini düşünün. Çünki dünya və dünyəvi təriflərin heç bir dəyəri yoxdur”.

Mədhiyyənin xüsusi bir sənət üslubu olduğunu deyən İnqilabın Rəhbəri gözəl səs, isti və cazibədar qırtlaq nemətinin qorunmasının zəruri olduğunu vurğuladı: “Mədhiyyə janrı digər sənət üslubları ilə qarışdırılmamalıdır. Məsələn Əhli-beytin (ə) mədh və müsibətinə həsr edilmiş bir şeir din və mənəviyyatdan uzaq olan, fəsad və maddiyat içində qərq olmuş bir adama xas olan mahnının qəlibində oxunmamalıdır”.

Həzrət Ayətullah Xamenei bildirdi ki, mədihhəyiçilikdə məzmun Əhli-beytlə (ə) bağlı məlumatların artırılmasına və insanların dini vəzifələrlə tanış edilməsinə xidmət etməlidir: “Məddahlar müasir dünya, zamanın tələbləri, vəzifə və mövqeləri nəzərə alaraq diskurs yaratmağı bacarmalıdırlar”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, Müqəddəs Müdafiə dövrünün məzhəb şairləri və məddahları xalqı ölkənin müdafiəsinə hazırlamaqda effektiv və yaradıcı rol ifa etmişdilər: “Müqəddəs Müdafiə dövründən 30 illik bir müddət keçməsinə baxmayaraq, Fəkkə və Şələmçənin xatirəsi hələ də yaşayır. Çünki müstəqillik, azadlıq, izzət, kimlik, xalqın namusunun toxunulmaz qalması, düşmənin ölkəni işğal edə bilməməsinin səbəbi məhz həmin Fəkkə, Şəlmçə və göstərilən fədakarlıqlardır”.

Hər bir zaman kəsiyinin özünəməxsus fikir və diskursunun olduğunu deyən Həzrət Ayətullah Xamenei dini şeirlərin yüksək nailiyyətlərə imza atdığını vurğuladı: “Bu fürsətdən istifadə edilməli, nöqsanlar öyrənilməli və sapmaların qarşısı alınmalıdır”.

İslam İnqilabının Rəhbəri bildirdi ki, Əhli-beytə (ə) əsl xidmət cəmiyyətdə o böyük şəxsiyyətlərin fikirləri, siyasətləri və mövqelərinin günü-gündən yayılmasına səy göstərməkdir: “Bu hərəkət ölkəni, dövləti və xalqı izzətli və mətin edəcək, poblemləri aradan qaldıracaq. Bizim stabil bir cəmiyyətə, yaxşı administrativ heyətə malik olmağımız, müstəqillik və azadlığımızın olması İslam üçün ən yaxşı təbliğdir”.

Bu görüşün əvvəlində mədhiyyəçilərdən bir neçəsi Həzrət Siddiqeyi-Kübranın (s.ə) fəzilət və üstün keyfiyyətlərini ehtiva edən mədhiyyələr oxudu.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /