Ali Məqamlı Rəhbər:

Səlahiyyətli şəxslər Xuzistanın problemlərini həll etsinlər

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamanei bu gün (bazar ertəsi) səhər Fiqh mövzusunda xüsusi mühazirənin əvvəlində ölkənin cənub regionlarında sel, daşqın və toz dumanı nəticəsində meydana gəlmiş ciddi problem və xəsarətlərdən danışdı: “Bu hadisələr həqiqətən, insanın ürəyini ağrıdır. Səlahiyyətli şəxslər fikirləşməli, iş görməli, çalışmalı və xalqa can yandırıb bu problemləri araşdırmalı, onları həll etmək üçün çıxış yolu tapmalı, əməli addımlar atmalıdırlar”.

Həzrət Ayətullah Xamenei iki dəhşətli daşqın zamanı xalqın qarşılaşdığı problemlər fonunda şahidi olduğu məsələlərə toxunaraq dedi: “Sel böyük bəladır. Xalqa, ailələrə çox böyük ziyanlar vurur. Cənub bölgəsində sel və daşqına məruz qalmış əhaliyə köməklik göstərmək lazımlı bir iş və vəzifədir”.

O qeyd etdi ki, Xuzistanın bu günlərdə məruz qaldığı problemlər, soyuq havada su, elektrik və kommunikasiya xəttlərinin kəsilməsi əhalinin ürək ağrıdan çox ağır problemlərinin başqa bir nümunəsidir: “Bu problemlərin həlli yollarını tapmaq səlahiyyətli şəxslərin vəzifəsidir. Xalqı düşünən şəxs Xuzistanın ağır problemləri qarşısında narahat olmaya bilməz. Xalqı düşünmək hökumətlərin qəti, təxirəsalınmaz və daimi vəzifəsidir”.

Həzrət Ayətullah Xamenei toz dumanı problemini həll etmək əvəzinə məsuliyyəti keçmişdəkilərin boynuna atan bəzi adamları tənqid edərək dedi: “Doğrudur ki, bəzi problemlərin uzun müddət tələb edən həll yollarına ehtiyacı var. Ancaq “mövcud vəziyyət keçmişdəkilərin heç bir tədbir tökməməsinin nəticəsidir”, demək kifayət etmir, problemi aradan qaldırmır. Bir neçə müddətdən sonra başqaları da eyni mühakiməni bizim haqqımızda yürüdüb deyəcəklər ki, nə üçün xalqın problemini həll etmək üçün bir iş görülmədi?”

O əlavə etdi: “Xalqın həyatındakı bu çətinlikləri hiss etmək, habelə onları aradan qaldırmaq yollarını fikirləşmək, iş görmək, çalışmaq, mərhəmətli və canıyanan olmaq lazımdır ”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /