Ali Məqamlı Rəhbər:

Xalq 22 bəhmən günü ABŞ-ın təhdidlərinə cavab verəcək

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qərargahının komandirləri və şəxsi heyəti ilə görüşü zamanı əziz İran xalqının imanlı, qüdrtəli, məntiqli, özünə inam və etimad hissi ilə dolu olan hərəkətini davam etdirdiyini vurğuladı: “Əgər Allaha ümid və təvəkkül rasionallıqla müşayiət olunsa, Allahın yardımına səbəb olar. Ancaq rasionallıq Böyük Şeytan və maddi güclərə inamın kölgəsində qalsa, yalnız ilğımla nəticələnər”.

O, əlavə etdi: “ABŞ-ın bu təzə seçilmiş prezidenti öz çıxışları və addımları ilə İslam dövlətinin 38 il ərzində ABŞ-ın hakim orqanının hərtərəfli cinayətləri ilə bağlı dediklərini ictimaiyyətə açıq şəkildə və çılpaqlığı ilə təqdim etdi. İran xalqı 22 bəhmən günü onun təhdidləri və addımlarının cavabını verəcək”.

Humafərlərin (Şahənşahlıq dövründə İranın Hərbi Hava Qüvvələrində bir dəstə) 19 bəhmən 1357-ci il tarixində İmam Xomeyni ilə etdikləri tarixi beyətin ildönümünə təsadüf edən bu görüşdə İslam İnqilabının Rəhbəri bu hadisəni İslam İnqilabının tarixini təyin edən bir hadisə olduğunu dedi: “Tağut rejimin dövründə Hərbi Hava qüvvələri ABŞ-a bağlı olan siyasi sistemə ən yaxın sahələrdən biri idi. Ancaq tağut tejimi qətiyyən təsəvvür etmədiyi halda, bu sahədən ən ağır zərbəni yedi”.

Həzrət Ayətullah Xamenei vurğuladı: “İnqilab səhabələri, xalq, hətta dahi İmam da bu qəribə hadisəni proqnozlaşdırmırdı. Bu hadisə əslində, Qurani-Kərimdə qeyd edilən hesab edilməyən, gözlənilməyən, hesab alına bilinməyən nemətin bir nümunəsidir”.

İslam İnqilabının Rəhbəri əlavə etdi: “1357-ci il 19 bəhmən hadisəsinin verdiyi dərs və mesaj budur ki, zəruri əqli və maddi hesablamalarla yanaşı maddi məsələlərdən daha yüksəkdə duran hesablamalar da nəzərdə tutulmalıdır”.

O, dedi: “İslam İnqilabının qələbəsindən sonrakı 38 il ərzində biz müxtəlif məsələlərdə, o cümlədən Müqəddəs Müdafiə zamanı həmişə Allahın yardımının və maddi hesablamalardan kənar hadisələrin şahidi olmuşuq”.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, yenidənqurma və dalanı aşmaq Allaha ümid və təvəkküllə yanaşı rasional və məntiqli davranışla şərtlənir: “Əgər bunun əvəzinə şeytanlara, xüsusilə Böyük Şeytana etimad göstərib rasionallıqdan şeytanlara ümidin kölgəsi altında istifadə etsək, nəticə ilğım olacaq”.

Həzrət Ayətullah Xamenei qeyd etdi ki, diplomatiya, ölkənin idarə edilməsi və digər sahələrdə rasionallıq və tədbir zəruridir: “Şeytanlara etimad göstərmək, İslam sistemi və hakimiyyətinin varlığının əsasına qarşı olan insanlara ümid bəsləmək böyük xətadır. Çünki bu işin ölkəyə heç bir xeyri yoxdur”.

İslam İnqilabının Rəhbəri ABŞ-ın yeni prezidentinin İranın Obama hökumətinə təşəkkür etməli olması ilə bağlı fikirlərinə toxunaraq dedi: “O hökumətə əsla təşəkkür etmərik. Çünki İran xalqını və İslam dövlətini iflic etmək niyyəti ilə ağır sanksiyalar tətbiq etdi. Təbii ki, bu hədəfə nail olmadı. Heç bir başqa düşmən də bu böyük xalqı iflic edə bilməyəcək”.

O, əlavə etdi: “ABŞ-ın əvvəlki hökumətinə niyə təşəkkür edək? İrana qarşı sanksiyalar tətbiq etdiyinə görəmi? İŞİD-i yaratdığı üçünmü? Suriya və İraqda regionu oda qərq etdiyinə görəmi? Yoxsa ikiüzlülüyünə, yəni xüsusi bir məktubda əməkdaşlıq edəcəyini qeyd etdiyi halda, 88-ci il seçkilərindən sonrakı fitnəni açıq şəkildə müdafiə etdiyinəmi görə?”

İnqilabın rəhbəri bildirdi: “Bunlar ABŞ-ın əvvəlki hökumətinin dəmir pəncəsi üzərindən geydiyi həmin məxmər əlcəyin nümunələridir”.

Həzrət Ayətullah Xamenei ABŞ-ın yeni prezidentinin “İranlılar məndən qorxmalıdırlar” fikrinə toxunaraq dedi: “İranlı təhdiddən qorxmur”.

O, 22 bəhmən, yəni cümə günü təşkil ediləcək nümayişə işarə edərək dedi: “Xalq 22 bəhmən gün küçə və meydanlarda bu sözlərin və təhdidlərin cavabını verəcək”.

O, kinayəli bir tərzdə əlavə etdi: “Biz bu təzə gəlmiş cənaba təşəkkür edirik. Çünki bizim zəhmətlərimizi azaltdı, ABŞ-ın əsl simasını göstərməklə İran İslam Respublikasının ABŞ hakim orqanının siyasi, iqtisadi, əxlaqi və ictimai cinayətləri ilə bağlı 38 ildə dediyi sözləri sübuta yetirdi”.

Həzrət Ayətullah Xamenei əlavə etdi: “Yeni prezident həm seçki kompaniyaları vaxtı, həm də son günlərdə səsləndirdiyi fikirlər və atdığı addımlarla ABŞ-ın əsl mahiyyətini dünya ictimaiyyətinin gözləri önündə çılpaqlığı ilə nümayiş etdirdi və ABŞ həqiqətinin nədən ibarət olduğunu göstərdi”.

O, qeyd etdi ki, beş yaşlı bir uşağın tutulub həbs edilməsi ABŞ-a xas olan insan hüquqlarının bir nümunəsidir: “Allah dahi İmama rəhmət etsin ki, bəyanatları və yazılarında ABŞ-ın əsl həqiqətini təkrar-təkrar xatırladır və israr edirdi ki, xalq və rəsmilər düşmənin mahiyyətini tanımaqla Böyük Şeytana etimad göstərməkdən çəkinsinlər. Bu gün o ərşə ucalmış əzizimizin sözlərinin doğruluğu hər kəsin gözləri önündə təzahür edir”.

Çıxışının başqa bir hissəsində Hərbi Hava Qüvvələrinin İnqilabdan sonrakı müxəlif dövrlərdə, o cümlədən 1359-cu il çevirilişinin yatırılması və Müqəddəs Müdafiə dövründə, 8-ci Vəl-Fəcr, 5-ci Kərbəla kimi mühüm əməliyyatlar zamanı oynadığı təyinedici roldan danışan Ali Baş Komandan habelə şəhid general-mayor Səttarinin yorulmaq bilməyən fəaliyyətlərini yüksək qiymtləndirərək dedi: “Ehtiyat hissələrinin istehsalı və innovasiya fəaliyyəti ilk dəfə Hərbi Hava Qüvvələrində başladı və Hərbi Hava Qüvvələri Müqəddəs Müdafiə dövrü ərzində həmişə İran xalqının ruhlandırıcısı oldu”.

Həzrət Ayətullah Xamenei Hərbi Hava Qüvvələrinin komandirləri və şəxsi heyətinə, xüsusilə bu Qüvvələrin gənc kadrlarına qürürlü tarix, günbəgün artmaqda olan səy, fəaliyyət və təşəbbüs yolunu davam etdirməyi tövsiyə etdi: “Təqva, Allaha təvəkkül və böyük iradə ilə boşluqları doldurmaq lazımdır”.

İnqilabın rəhbəri çıxışının sonunda İran xalqının izzətli və şərəfli yolunu davam etdirməsinin zəruriliyini vurğuladı: “Keçmiş gənc nəsil mühüm işlərə imza atdı, indiki gənc nəsil də bu əmanəti qoruyur və İnqilab ideyalarının həyata keçməsi yolunu davam etdirəcək”.

Ali Baş Komandandan əvvəl çıxış edən Hərbi Hava Qüvvələrinin komandiri briqada generalı pilot Şah Səfi 19 bəhmən Hərbi Hava Qüvvələri gününü hörmətlə andıqdan sonra bu Qüvvələrin fəaliyyətləri və müxtəlif sahələrə dair proqramları haqqında məlumat verdi: “Bütün zərurət duyulan meydanlarda möhkəm iradə, Allah təvəkkül və təyinedici addımlarla böyük İran xalqının maraqlarını imperialist düşmənlər qarşısında qorumağa hazırıq”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /