Ali Məqamlı Rəhbər:

Bütün məsul şəxslər fövqəladə vəzifələrini davam etdirsinlər

İslam İnqilabının Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün səhər Tehran şəhərinin mərkəzində bir qrup yanğınsöndürənin yaralanması ilə nəticələnən ağır bina yanğını və uçması hadisəsi ilə bağlı müraciət ünvanladı.

İslam İnqilabı Rəhbərinin müraciətinin mətni:

Allahın adı ilə

Şəhərin mərkəzində baş verən ağır bina yanğını və uçqunu hadisəsi məni çox narahat etdi, təəssüf və kədərimə səbəb oldu. İnsanların xilas edilməsi əməliyyatları zamanı təhlükəli qəzaya məruz qalmış, böyük fədakarlıq göstərdikləri vaxt çətin sınaq qarşısında qalmış yanğınsöndürənlərin qəhrəmanlıq və fədakarlığı ürəkləri fərəh, qürur, eyni zamanda narahatlıq və qəm-qüssə hissi ilə doldurur. İndi bütün səylər çətin vəziyyətdə olanların xilasına yönəlməlidir.

Qəzanın səbəblərinin araşdırılması sonrakı məsələdir. Bütün məsul şəxslərdən istəyim budur ki, bu bir neçə saatda çalışdıqları kimi öz səy və fəaliyyətlərini davam etdirsinlər, təcili və fövqəladə vəzifələrini istənilən söz-söhbətdən qabağa salsınlar.

Seyyid Əli Xamenei
19 yanvar 2017

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /