Ali Məqamlı Rəhbər:

Misilsiz 9 Dey hadisəsi dövlətin gücünün bir nümunəsidir

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə axşamı) səhər 1388-ci ilin 9 Dey (30 dekabr 2009) Qəhrəmanlıq ildönümü ərəfəsinə təsadüf edən Fiqhin xaric dərsi fənnindən mühazirəsinin əvvəlində hegemonların İslam hakimiyyəti ilə düşmənçiliyi, İslam dövlətinin güc komponentlərini sıradan çıxarmaq üçün göstərdikləri səy və fəaliyyətdən danışdı. O, misilsiz 9 Dey hadisəsini İslam Respublikasının güc göstəricilərindən oldğunu vurğuladı: “Bu gün hegemon güclərin maddi və mənəvi gücün sıradan çıxarılması istiqamətində İslam Respublikasına qarşı mübarizə strategiyası İran xalqının əzm və iradəsini qırmqadır. Qarşılığında bu gücün müdafiəsini günbəgün gücləndirmək lazımdır”.

Həzrət Ayətullah Xamenei Əziz Peyğəmbərin (s) bir hədisinə istinad edərək insan cəmiyyətlərinin xeyir və səadətə güc və qüdrət sayəsində nail olacağını dedi: “ABŞ kimi hegemon güclər cəmiyyətin səadətini və ABŞ dəyərləri adlandırdıqlarını sərvət toplamaq və dünyaya hökmranlıq etməkdə görür. Amma İslam bəşərin səadətini insani kamillik zirvələrinə çatmaqda və Quran əsaslı təfəkkür və əməlin cəmiyyətin bütün təbəqələrində cərəyan etməsində görür.

İslam İnqilabının Rəhbəri qeyd etdi ki, İslamdan qaynaqlanan bir sistemin mövcudluğu, regionun müxtəlif məsələlərində güc və nüfuz sahibi olmasının beynəlxalaq güclərin kin-küdurət və düşmənçiliklərinin alovlanmasına səbəb olmuşdur: “İmperialist sistem dünyada zülm və ayrıseçkiliyə qarşı olan istənilən təfəkkür və cərəyana qarşıdır. Ancaq var gücü ilə o cərəyana qarşı mübarizəyə qalxır ki, həmin cərəyan bir xalq okeanını təlatümə gətirsin”.

O, bildirdi ki, İslam Respublikasına qarşı məkrli planlar və düşmənçiliklər zəngin təbii, insani və iqtisadi resurslara, söz, məntiq, siyasi tribuna, layiqli hərbi güc və imkanlara malik olan İranda imperialist sistemlə düşmənçilikdən irəli gəlir: “İslam Respublikası bu düşmənçiliklər qarşısındakı gücünü artırmalıdır. Daxili gücün artırılması və daxildəki strukturun möhkəmləndirilməsi zərurətinin tez-tez vurğulanmasının səbəbi də məhz bu məsələdir”.

Həzrət Ayətullah Xamenei gücün müxtəlif növləri, o cümlədən, intellektual, iqtisadi, sosial və xalqı səfərbərlik gücü ilə təchiz olunmağın zəruriliyini vurğulayaraq əlavə etdi: “İslam İnqilabından 40 il keçməsinə baxmayaraq, 22 Bəhmən (12 fevral) günü milyonlarla insanın küçələrə axışması İslam dövlətinin xalqı səfərbər etmək gücündə olduğunu göstərir. Bu isə dünyada analoqu olmayan bir hadisədir”.

İslam İnqilabının Rəhbəri 9 Dey hadisəsini İslam dövlətinin güc komponentlərindən olduğunu vurğuladı: “Bu misilsiz hadisədə heç kəs çağırışçı olmamışdır. Xalqın küçələrə axışmasına səbəb olan və bu misilsiz hadisəni meydana gətirən amil İslam Sisteminin əsas formalaşdırıcı komponenti olan intellektual gücdür”.

O, düşmənlərin İslam dövlətinin güc komponentlərini sıradan çıxarmaq üçün əl atdıqları hiylə və planlara işarə edərək dedi: “Düşmən evi ələ keçirmək istəyən bir oğruya bənzəyir. Ancaq özünü elə göstərir ki, düşmənçilik səbəbi ev sahibinin özünü müdafiə etmək üçün əlində tutduğu silahdır. Əgər həmin silahı yerə qoysa, dava bitəcəkdir. Buna görə də hiyləgərlik, danışmaq, zarafat etmək, təbəssüm etmək və qışqırmaq kimi müxtəlif metodlardan istifadə etməklə ev sahibini tərkisilah edib evə soxulmaq istəyir”.

Həzrət Ayətullah Xamenei, habelə xoşbəxtlik və bədbəxtliyin gücdən istifadə keyfiyyətindən asılı olduğunu bildirdi və nüvə silahından qaynaqlanan güclə bağlı bunu dedi: “Nüvə silahının qadağan olunmasının çox mühüm fiqhi və rasional əsasları var. Lakin gücün digər növlərini əldə etmək üçün çalışmaq xalq və dövlətin ixtiyarındadır”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /