Ali Məqamlı Rəhbər:

Hamı İslam dövlətinin müdafiəsinə məsuliyyətlə yanaşmalıdır

İslam İnqilaının Ali Məqamlı Rəhbərinin 15 dekabr 2016-cı il tarixində Gülüstan Əyalətinin Dörd Min Şəhidinin Anım Heyətinin üzvləri ilə görüşü zamanı verdiyi bəyanat bu gün (cümə axşamı) səhər Qorqanda anım mərasiminin keçirildiyi yerdə yayımlandı.

Həzrət Ayətullah Xamenei bu görüşdə İslam inqilabı, milli şərəf, ölkənin gələcəyi və tarixini qorumaq üçün şəhidlərin göstərdikləri fədakarlığın son dərəcə böyük olduğunu dedi: “Əgər bu fədakarlıqlar və şəhidlik istəkləri olmasaydı, İslam dövlətinin yenicə kök atmış fidanı sərt küləklər qarşısında davam gətirə bilməz və məhv olardı. Buna görə də fədakarlıq və canından keçmək ruhiyyəsi qorunub gücləndirilməlidir”.

Qlobal hadisələr fonunda İmperialist qüvvələrin hücum və planlarının hədəf və diqqət mərkəzində İran İslam Respublikasının olduğunu deyən İslam İnqilabının Rəhbəri düşmənlərin İslam Respublikası ilə bağlı nə üçün qorxu hissi keçirməsinin səbəbinə aydınlıq gətirərək dedi: “Bütün imperialist siyasətlərin dini təcrid etməyə yönəldiyi bir vaxtda əziz İslam və Qurani-kərim bu ölkəyə hakim oldu, sonra dünyanın ayrı-ayrı regionlarına nüfuz etdi. Bu mühüm və qəribə hadisə İslam inqilabının məhz elə birinci günündən düşmənlərin İslam dövləti ilə bağlı təhlükə hissi duymasına, ona qarşı məkrli planlar hazırlayıb fəaliyyət göstərməsinə səbəb oldu”.

Düşməni və onun planlarını tanımağın zəruri olduğunu vurğulayan İnqilabın Rəhbəri qeyd etdi ki, düşmənlərin İslam dövləti qarşısındankı uğursuzluqlarının davam etməsi dövlət rəsmiləri və xalqın hamılıqla məsuliyyət hissi keçirməsindən asılıdır: “Bütün xalq və dövlət məmurları məsuliyyət hissi daşımalı, İslam dövlətinin qorumasını əsas vəzifələrinə çevirməlidirlər”.

Şəhdilərin xatirəsinin yaşadılıb anılmasını həmişəlik yaxşılıq, daimi sədəqə, İslam dövlətinin müdafiəsi istiqamətində hərəkət olduğunu deyən Həzrət Ayətullah Xamenei Şəhidlərin Anım Heyətinin aparıcı üzvlərinə tövsiyələr verərkən dedi: “Çalışın dinləyici auditoriyası yaradıb fikir və sənət məhsullarınızı onların beyinlərinə ötürəsiniz”.

Mesajın dinləyicilərin beyin və qəlbinə ötürülməsinin mürəkkəb və incə yaradıcılıq bacarıqları tələb etdiyini deyən İslam İnqilabının Rəhbəri qeyd etdi ki, gənclərin İnqilabın tarixini və spesifik xüsusiyyətlərini öyrənməsi zəruridir: “Ölkədə sünni və şiələrin dostluq, birgəlik, həmrəylik şəraitində yaşaması İslam, Quran və İranın düşmənlərinə qarşı ən böyük silahdır. Bu mühüm məsələ gənc auditoriyanın düşüncəsinə xüsusi məharətlə ötürülməlidir”.

Həzrət Ayətullah Xamenei Gülüstan əhalsinin özünəməxsus xüsusiyyətləri və üstünlüklərindən, o cümlədən seçilən işçi qüvvəsinə malik olması, millətlərin və məzhəblərin arzuolunan birgə yaşayışından danışaraq düşmənlərin ixtilaf salmaq üçün irimiqyaslı layihələr hazırladığını və külli miqdarda xərclər sərf etdiyini vurğuladı: “İran İslam Respublikasında, Gülüstanın ayrı-ayrı yerlərində düşmənin casusluq xidmət orqanları və təkfirçi cərəyanların istək və məkrli planlarının əksinə olaraq müxtəlif millət və məzhəblər birgə yaşayışı və əməkdaşlıqları qorumaq üçün çox çalışırlar”.

İslam İnqilabının Rəhbəri bu əməkşdalıq və qarşılıqlı sevginin düşmənlərin münaqişəçi fəaliyyətləri qarşısında həyata keçirilən məqsədyönlü, istiqamətli və qətiyyətli siyasi fəaliyyət, ölkənin həqiqi güclü nöqtəsi olduğunu dedi: “Bu birliklər, qarşılıqlı sevgi və əlaqə beynəlxalq imperializmlə, yəni ABŞ və sionizmlə qeyri-bərabər müharibədə İslam Respublikasının özünəməxsus imkan və vasitələrdəndir. Onlar bunu dərk və analiz etmək iqtidarında deyillər”.

O, İmam Xomeyni (r.ə) hərəkatına qoşulmaqda Gülüstan əhalisinin ön sırada yer alması, 26 noyabr 1987-ci il hadisəsi və İnqilabın əvvəlki illərində separadçı qruplara qarşı mübarizə və sair hadisələrdə İslam inqilabına sədaqət və fədakarlıq nümayişi etdirməsi, Müqəddəs Müdafiədə əyalət ordusunun uğura imza atmasını bu regionun üstün cəhətlərindən olduğunu və xalqın ayıqlığını göstərən cəhət olduğunu dedi: “Gülüstan əhalisinin hər tək-tək fərdini, əyalətin sünni və şiə alimlərini salamlayır, onlara sevgi, etimad və ixlasımı çatdırıram”.

 


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir

 

 

700 /