Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam Şeyx Əbdülkərim Abidininin vəli-fəqihin Qəzvin ostanı üzrə nümayəndəsi və Qəzvin şəhərinin imam-cüməsi təyin olunması barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:


Cənab Höccətül-İslam Şeyx Əbdülkərim Abidini,

Cənab Höccətül-İslam vəl-muslimin Barikbin uzun illər boyu dini təbliğ və tərbiyə sferasında göstərdiyi cihad ruhlu və dəyərli inqilabi xidmətlərdən sonra tam sədaqətlə və layiqincə yerinə yetirdiyi imam-cümə vəzifəsindən istefa etdiyi üçün, əlhəmdulillah ki, elmi və inqilabi fəaliyyəti ilə tanınan Cənabınızı Qəzvin şəhərinin imam-cüməsi və həmin ostanda öz nümayəndəm təyin edirəm.

Qəzvin ostanının şanlı əhalisinin istər inqilabi mübarizə illərində, istərsə də Müqəddəs Müdafiədə göstərdiyi dəyərli səylər, etdiyi mücahidələr o istedadlı diyarın elmi və siyasi uğurlar salnaməsinə daha bir qürurverici səhifə artırıb. Ümid edirəm ki, Siz öz elmi, ictimai və təbliğ fəaliyyətinizlə, həyata keçirəcəyiniz proqramlarla bu yolda digər böyük addımlar atacaq, özəlliklə də qəlbi stimul dolu gənc nəsli ata qayğısı və səmimiyyətlə İslam İnqilabının hədəflərinə istiqamətləndirəcəksiniz. Uca Allahdan Sizə dəstək olmasını diləyirəm.

Seyid Əli Xamenei



Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /