Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər Ayətullah Mehdəvi-Kəninin nəşinə cənazə namazı qıldı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei bu gün (çərşənbə günü) səhər mücahid alim Ayətullah Mehdəvi-Kəninin Tehran Universitetində keçirilən dəfn mərasimində iştirak etdi.

Qədirbilən İran xalqının nümayəndələrinin, hakimiyyətin 3 qolunun başçılarının, dövlət və ordu rəsmilərinin iştirakı ilə emosional, eyni zamanda kədər və hüzn dolu bir atmosferdə keçən mərasim zamanı Həzrət Ayətullah Xamenei İslam İnqilabının bu sadiq və səmimi dostunun nəşinə cənazə namazı qıldı.

Qeyd edək ki, aban ayının 3-ü (25 oktyabr, şənbə günü) saat 15.30-dan etibarən İmam Xomeyni (r.ə) adına hüseyniyədə Ali Məqamlı Rəhbərin iştirakı ilə mərhum Ayətullah Mehdəvi-Kəninin xatirəsinə həsr olunmuş anım tədbiri keçiriləcək.










Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /