Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinatla bağlı sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəsğər Dəstğeybin İmamzadə Şahçıraq kimi tanınan Həzrət Əhməd ibn Musanın (ə) müqəddəs hərəminin qoruyucusu təyin edilməsi barədə sərəncam imzaladı.

Sərəncamın tam mətni:

Allahın adı ilə!

Cənab Höccətül-İslam vəl-muslimin Hacı Seyid Əliəsğər Dəstğeyb,

İmamzadə Şahçıraq kimi tanınan Həzrət Əhməd ibn Musanın (ə) müqəddəs ziyarətgahının qoruyucusu vəzifəsini yerinə yetirmək iftixarını uzun illər boyu daşımış cənab Höccətül-İslam Hacı Seyid Mehdi Dəstğeybə təşəkkür və qədirdanlığımı bildirərək Əhli-Beytin (ə) ölkəmizdəki üçüncü ziyarətgahı sayılan o müqəddəs ziyarətgah kompleksinin işlərini idarə etməyi Sizə həvalə edirəm.

Şirazda yerləşən bu parlaq mənəviyyat və ruhaniyyət mərkəzi ziyalılar beşiyi olan bu diyarın əhalisi, eləcə də ölkənin digər yerlərindən bura axışıb gələn Əhli-Beyt aşiqləri üçün daim ilahi lütf və mənəvi saflıq qaynağı, mənən rahatlanma və ümid ocağı olmuşdur və əvvəlkindən daha artıq diqqət və qayğıya layiqdir.

Uca Yaradandan Sizə və o müqəddəs ziyarətgahın digər rəsmilərinə mənəvi dəstək və müvəffəqiyyətlər diləyirəm.

Seyid Əli Xamenei
14 isfənd 1392-ci il
5 mart 2014-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /