Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər tələbə kollektivlərinin iştirak etdiyi ərbəin mərasiminə qatıldı

Ölkənin dörd bir yanından gəlmiş tələbə kollektivlərinin və İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xameneinin iştirakı ilə Şəhidlər ağası Həzrət Əba Əbdillah Hüseynin (ə), habelə onun sadiq dost və silahdaşlarının şəhadətinin ərbəin (qırx) günü ilə əlaqədar təşkil olunmuş mərasim İmam Xomeyni (r.ə) adına hüseyniyəni başdan-başa Həzrət Hüseynə (ə) aid hiss və emosiyalarla doldurdu.

Mərasimdə Höccətül-İslam vəl-muslimin Qasimiyan İmam Hüseynin (ə) tarixi qiyamının çoxsaylı nurani cəhətlərindən, Kərbəladan aparılmış əsirlər karvanının maarifləndirici dərslərindən söz açdı.

Bu mənəvi mərasimin ardında Əhli-Beyt (ə) məddahı cənab Müti Həzrət Seyyidüşşühədanın (ə) və əsirlər karvanının çəkdiyi müsibətlər haqda mərsiyələr oxudu və tələbələr Ali Məqamlı Rəhbərlə birlikdə sinə vuraraq əzadarlıq etdilər.

Mərasim əsnasında tələbələr Ali Məqamlı Rəhbərin imamətliyi ilə zöhr və əsr namazlarını da qıldılar.

Mərasimin sonunda qısa bir çıxış edən Ali Məqamlı Rəhbər əzadarlıqda iştirak edən izdihamlı tələbə kollektivlərinə təşəkkürünü bildirərək dedi: “Elm adamlarının iştirakı ilə, bu cür emosional, izdihamlı və ixlaslı atmosferdə keçən bugünkü mərasim misilsiz toplantılardan biri oldu”.

Ölkə gəncləri üçün dua edən Ali Məqamlı Rəhbər aşağıdakıları vurğuladı: “Bu ölkə və onun gələcəyi gənclərə aiddir və siz bu ağır və qürurverici məsuliyyət yükünü qarşıya məqsəd qoyulmuş nöqtəyə çatdırmalısınız”.


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir



700 /