Ali Məqamlı Rəhbərin informasiya bloku

Ali Məqamlı Rəhbər yeni təyinatlar haqda 2 sərəncam imzaladı

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei Konstitusiyanın 91-ci maddəsinə istinadən, həzrət ayətullahlar: cənab Hacı Şeyx Məhəmməd Mömin, Hacı Şeyx Məhəmməd Yəzdi və Hacı Seyid Mahmud Haşimi Şahrudinin Keşikçi Şuraya üzvlüyünün davam etdirilməsi barədə sərəncam imzaladı. Həmçinin Ali Məqamlı Rəhbər imzaladığı başqa bir sərəncamla Höccətül-İslam Hacı Şeyx Mehdi Şəbzendedarı Keşikçi Şuranın yeni fəqih üzvü təyin etdi.

Ali Məqamlı Rəhbərin Keşikçi Şuranın üzvü olan fəqihlərdən üçünün üzvlüyünü davam etdirməsi barədə imzaladığı sərəncamın tam mətni aşağıdakından ibarətdir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Konstitusiyanın 91-ci maddəsini rəhbər tutaraq, Keşikçi Şuraya üzvlük müddəti başa çatmış həzrət ayətullahlar: cənab Hacı Şeyx Məhəmməd Mömin, Hacı Şeyx Məhəmməd Yəzdi və Hacı Seyid Mahmud Haşimi Şahrudini daha bir dövr üçün şuranın fəqih üzvləri təyin edirəm.

Uca Yaradandan bu cənabların uğurlarının davamını diləyirəm.

Seyid Əli Xamenei
24 tir 1392
15 iyul 2013-cü il


Ali Məqamlı Rəhbərin Keşikçi Şuranın yeni fəqih üzvünün təyin olunması haqda imzaladığı sərəncamın tam mətni isə aşağıdakı kimidir:

Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Tədqiqatçı alim cənab Höccətül-İslam Hacı Şeyx Mehdi Şəbzendedar,

Mərhum Ayətullah Rizvaninin (Allah ona rəhmət etsin) Keşikçi Şuraya üzv fəqihlər sırasından getməsi ilə əlaqədar, Konstitusiyanın 91-ci maddəsini rəhbər tutaraq, Sizi möhtərəm şuranın cari dövr üçün üzvü təyin edirəm.

Uca Yaradandan uğurlarınızın davamını diləyirəm.

Seyid Əli Xamenei
24 tir 1392
15 iyul 2013-cü il


Materialdan istifadə edərkən WWW.LEADER.İR saytına istinad zəruridir




700 /